backend

Qızbəs Məmmədova rayon camaatından ayrı düşüb

Qızbəs Məmmədova rayon camaatından ayrı düşüb
Bu gün ölkənin cənub bölgəsində təhsilə olan münasibət 360 dərəcə dəyişib.
Bu bölgənin insanlarının çoxu təhsil almağa dırnaqarası baxır. Xüsusilə də Astara rayonunda təhsilin keyfiyyəti çox aşağı düşüb. Demək olar ki, təhsilə olan maraq tamamilə azalıb. Etibarlı mənbələrin verdiyi məlumata görə, təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovanın yetərsiz fəaliyyətidir. Mənbə bildirir ki, son zamanlar Astara rayonunda təhsil sistemində yaşanan neqativ halların sayı durmadan artır. Rayon təhsilində baş verənlər barədə mediada geniş informasiyaların getməsinə baxmayaraq, Qızbəs Məmmədova fəaliyyətində yol verdiyi nöqsanların qarşısını almağa belə cəhd etmir. Əksinə fəaliyyətində yol verdiyi özbaşınalıqları, qanunsuz hərəkətləri davam etdirməkdədir. Etibarlı mənbələrin bizə verdiyi məlumata görə, Qızbəs Məmmədova təhsil sahəsinə ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. Rayondakı bir sıra dövlət qurumları da Məmmədovanın qanunsuz işlərinə göz yummaq məcburiyyətində qalıb. Yəqin ki, həmin qurumları da öz qanunsuz əməllərinə alət edib. Lakin digər qurumları işlərinə cəlb etsə də, bu işdə yalnız özü xeyir götürüb. Ona görə də onun özündən başqa heç kəsə heç nə çatmayıb. Bizə daxil olan məlumatlara görə, Qızbəs Məmmədovanın fəaliyyətindəki nöqsanlara ən çox məktəb direktorları göz yumur. İşdən çıxarılacağıyla hədələnən direktorlar təhsil şöbəsinin müdirinin dediyi ilə oturub-durmağa məcbur olublar. Əks halda işsiz qalma təhlükəsiylə üz -üzə qala bilərlər. Ona görə də direktorlar Qızbəs Məmmədovanın bütün tələblərinə canla-başla əməl etməyə məcbur olurlar. Mənbə qeyd edir ki, Astara məktəbləri təhsil qurumundan çox tövləni xatırladır. İstər rayonun özündə olsun, istərsə də ucqar kəndlərdə orta məktəblərdə şərait yox səviyyəsindədir. Az qala məktəblər müəllim və şagirdlərin başına uçsun. Hətta kənd məktəblərinin direktorları da şagirdlərin məktəbə gəlməmələrinin səbəbini məktəblərin bərbad durumuyla əlaqələndirir. Ona görə də Astara rayonunda təhsilə olan maraq tamamilə azalıb. Qızbəs Məmmədovanın fəaliyyətindəki nöqsanlar, özbaşınalıqlar bu sahənin uçuruma sürükləndiyini göstərir. Deyilənə görə, Qızbəs Məmmədovanın rayonun İcra Hakimiyyətiylə da münasibətləri yaxşıdır. Müəllimlərdən müxtəlif bəhanələrlə jurnala abunə olmaq adı altında onlardan nəsə tələb olunur. Müəllimlər isə bildirirlər ki, tələb olunanı vermədikdə, işdən çıxarılacaqlarıyla hədələnirlər. Bütün bunlar onu göstərir ki, Qızbəs Məmmədova rayon camaatına əziyyət verir. Rayon sakinlərinin rahat yaşamasına imkan vermir. Nəzərə alsaq ki, müəllimlərin əmək haqqı elə də yüksək deyil. Lakin RTŞ -nin müdiri bunları nəzərə almır və rayonda istədiyini edir. Qeyd edək ki, Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova 1986-cı ildən 1995-ci ilədək Astara rayonunun Şiyəkəran kənd 2 saylı orta məktəbində müəllim işləmişdir. 1995-ci ildən 2001-ci ilədək Şiyəkəran kənd 2 saylı orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2001-ci ilin yanvar ayından həmin ilin may ayınadək Astara RİH Başçısının Şiyəkəran kəndi üzrə icra nümayəndəsinin müavini olmuşdur. 2001-ci ilin may ayından 2004-cü ilin aprel ayınadək Şiyəkəran kənd 2 saylı orta məktəbində direktor vəzifəsində çalışmışdır. 2004-cü ilin aprel ayından hazırkı vaxta qədər Astara rayon Təhsil Şöbəsində müdir vəzifəsində işləyir. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.