backend

AzTV-nin rəhbəri Arif Alışanov və Xətai rayonunun icra başçısı Razim Məmmədov "MTN işi"nə görə istintaqa cəlb olunub

AzTV-nin rəhbəri Arif Alışanov və Xətai rayonunun icra başçısı Razim Məmmədov "MTN işi"nə görə istintaqa cəlb olunub
"MTN işi" ilə bağlı araşdırmalar zamanı Arif Alışanovla Razim Məmmədovun keçmiş MTN şefi Eldar Mahmudovla işbirliyinə dair faktlar ortaya çıxıb.

Bundan əvvəl məlumat yaymışdıq ki, Arif Alışanov "MTN işi"nə görə ciddi narahatdır. Çünki o, Eldar Mahmudov və dəstəsini maliyyələşdirənlərdən biri olub. Həmin məlumatda AzTV sədrinin Eldar Mahmudovun tələsinə necə düşdüyünü də qeyd etmişdik. Bir daha xatırladaq ki, Arif Alışanov
Eldar Mahmudovun "tələsinə" düşməsinin səbəbkarı kürəkəni Orxan Əkbərov olub. Orxan Əkbərov Fətulla Gülənin Azərbaycandakı ofisinin "qeyri rəsmi" koordinatoru Elnur Aslanovun sağ əlidir.

Orxan Əkbərov hələ 2012-ci ildə Vaşinqtonda təşkil olunan bir tədbirdən sonra Pensilvaniyaya gedərək Fətulla Gülənlə görüşüb. Onun Fətulla Güləndən hocasından bir çox məsələlərdə məsləhət aldığını sübut edən həmin görüşün dəlilləri MTN-ə göndərilib. Bu faktlardan istifadə edən Eldar Mahmudov ildə dövlət büdcəsindən 40 milyondan çox vəsaiti sümürən AzTV şefini "aylığa" otuzdurub.
Həmçinin qeyd etmişdik ki, Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun doğum və ölüm günlərini xüsusi təmtəraqla qeyd edən Arif Alışanov "MTN işi"ndən dərhal sonra Eldar Mahmudovun atasının bütün "lentləri"ni AzTV-nin arxivindən sildirib.
Razim Məmmədova gəlincə, onun Eldar Mahumdovla sıx təmaslarının olduğu bildirilir. Razim Məmmədov Sumqayıtda "Univermaq Zaman" kimi tanınan iş adamı Zaman İsgəndərovun bacısı oğludur. Onun bir dayısı da vaxtilə təhsil nazirinin müavini olub. Söhbət İsgəndər İsgəndərovdan gedir. Onun icra başçısı təyin olunmasında dayılarının da mühüm rolu olub. Razim Məmmədov icra başçısı təyin olunduqdan sonra Eldar Mahmudovun setinə düşüb.

AzTV-nin rəhbəri Arif Alışanov və Xətai rayonunun icra başçısı Razim Məmmədov "MTN işi"nə görə istintaqa cəlb olunub