backend

Gömrükdə qara kürü məsələsinə aydınlıq gətirildi

Gömrükdə qara kürü məsələsinə aydınlıq gətirildi




Dövlət Gömrük Komitəsi Azərbaycandan Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının Rusiya ərazisinə 6.4 kq kürü keçirmək istəməsi və “qanunsuz daşınan kürü”nün Məhərrəmkənd gömrük-keçid məntəqəsində aşkar edilməsinə münasibət bildirib.

Komitədən verilən məlumata görə, əslində bu fakt öncə ölkəmizin gömrük orqanları tərəfindən qeydə alınıb və adıçəkilən mal Azərbaycandan Rusiyaya deyil, əks istiqamətdə daşınarkən aşkar edilib.

Belə ki, 15 noyabr 2015-ci il tarixində Azərbaycan vətəndaşı Pənahov Səlim Mirzəgül oğlu Rusiyadan Azərbaycana gələrkən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində özünə məxsus əşyaların arasında 6.5 kiloqrama qədər nərəcinsli qara kürü olduğunu bəyan edib. Lakin gömrük nəzarəti həyata keçirilərkən qara kürüyə oxşar həmin məhsul müvafiq sənədləri qaydasında olmadığı üçün geri qaytarılıb.