backend

“Tofiq Sadıqov qanunsuzluq edib, prokuror isə ört-basdır edir”: BEYLƏQANDAN ŞOK MÜRACİƏT

“Tofiq Sadıqov qanunsuzluq edib, prokuror isə ört-basdır edir”: BEYLƏQANDAN ŞOK MÜRACİƏT







Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqov və Beyləqan rayon prokuroru Azər Osmanovun birləşərək qanunsuz hərəkətlərə yol verməsi haqda informasiya daxil olub.

Savash.org-a daxil olan həmin informasiyaya görə, adıçəkilən vəzifəli şəxslər son zamanlara qədər Beyləqan şəhər Təbiət və humanitar fənlər təmaullu liseyinin direktoru vəzifəsində işləmiş Raisa İsgəndərovanı sıxışdırırlar.

Məlumat üçün bildirək ki, Raisa isgəndərova 2006-ci il tarixdən 2015-ci il 06 fevral tarixə kimi Beyləqan rayon İcra Hakimiyyətində İcra başçisinin-muavini, İctimai siyasi və humanitar məsələlər söbəsinin mudiri vəzifəsində işləyib. 06 fevral 2015-ci il tarixində öz ərizəsi ilə işdən çıxan Raisa xanım cəmi 3 gün sonra Təhsil söbəsinin mudiri Tofiq Sadiqovun əmri ilə Beyləqan şəhər Təbiət və humanitar fənlər təmaullu liseyə direktor təyin edilib.

Burada bir məqam xüsusi vurğulanmalıdır ki, Tofiq Sadıqov həmin vaxt Raisa İsgəndərovanı Lisey direktoru vəzifəsinə qeyri-qanuni təyin edib. Belə ki, lisey və kollec direktorları birbaşa təhsil naziri tərəfindən təyin edilməli olduğu halda Tofiq Sadıqov nədənsə buna ehtiyac duymayıb və təhsil nazirinin səlahiyyətlərini mənimsəyərək təyinatı şəxsən özü verib.

Maraqlıdır ki, Raisa İsgəndərova yeni vəzifəsində heç “bismillah” eləməmiş Tofiq Sadıqov onu vəzifədən çıxarmaq fikrinə düşüb və bu niyyətini 7 iyul 2015 ci tarixində reallaşdırıb. Təhsil şöbəsinin müdiri bu qərarını belə əsaslandırmağa çalışıb ki, guya Raisa İsgəndərovanın təhsil stajı yoxdur və bu səbəbdən də lisey direktoru işləyə bilməz. Raisə İsgəndərova isə bununla razılaşmır və 14 il Beyləqan təhsilində işlədiyini bildirir. Amma məsələ heç onun təhsil stajının olub-olmamasında da deyilı. Məsələ ondadır ki, Tofiq Sadıqov niyə aylar sonra ayılıb ki, Raisa İsgəndərovanın təhsil stajı yox imiş. Görəsən, şöbə müdirinin onu liseyə direktor təyin edərkən bu faktı “görməməsinin” və ya “görmək istəməməsinin” səbəbi nə olub?

Savash.org-a daxil olan məlumata görə, bunlar azmış kimi təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun Raisa İsgəndərovaya töhmət elan etməsi isə ikincinin məhkəməyə müraciət etməsilə nəticələnib. Məhkəmə prosesini udan Raisa isgəndərova isə bundan sonra özünə qarşı “qara piar” kampaniyasının başladıldığını iddia edir. Raisa İsgəndərovanın Savash.org-a göndərdiyi şikayət məktubunda baş verənlər belə izah edilir: “Beyləqan rayon prokuroru Azər Osmanov və təhsil şöbəsinin müdiri Tofiq Sadıqov mənə qarşı kampaniyaya başlayıb. Belə ki 23.10.2015-ci il tarixdə Azərbaycan Respublikasinin Baş Prokurorluğundan Azər Osmanova və bir surəti də mənə gondərilmis, Aynur Osmanovanin imzasilə gələn məktubu bugunədək Beyləqan rayon Prokurorluğunda gizlədirlər. Bunun hansı maraqlara xidmət etdiyi isə mənə məlumdur.

Prokuror Azər Osmanovun tapşırığı ilə Beyləqan rayon təhsil şöbəsinin mudiri Tofiq Sadiqov muəllimləri mənə qarşı qara kampanyaya hazirlayirlar. Onların məqsədi siravi muəllimləri yalan danişmağa vadar etməklə mənlə üzbəüz qoymaqdır”.

Daha sonra isə rayon prokurorunun onu susdurmaq üçün əlindən gələni etdiyini iddia edir: “Mən 4 aylıq fəaliyyətim dövrundə Beyləqan rayon Liseyində abadlıq işlərinə şəxsi vəsaitimlə 5 min manat pul xərcləmisəm. Bunu o səbəbdən etmişəm ki, sözügedən məktəb həmin vaxt tam bərbad halda idi. Bu gün isə şikayətim əsasında həmin məktəbdə arasdırmalar aparmalı olan rayon prokuroru mənim özümü susdurmaq yolunu tutub”.

Sonda xatırladaq ki, Raisa İsgəndərova baş verənlərlə bağlı əlavə məlumat verəcəyini də bildirib.

Yazıda adları keçən şəxslərin də fikirlərini işıqlandırmağa hazırıq.