backend

Medvedevdən SƏRT AÇIQLAMA - "Rusiya və Türkiyə arasında olan dostluq əlaqələri kəsildi"

Medvedevdən SƏRT AÇIQLAMA - "Rusiya və Türkiyə arasında olan dostluq əlaqələri kəsildi"



Medvedev Rusiyanın Su-24 hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasını şərh edib.

7news.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Medvedev, artıq uzun illərdir Türkiyə ilə qurulan siyasi və iqtisadi dostluq əlaqələrinin kəsilməsini vurğulayıb.

""Rusiya və Türkiyə arasında olan dostluq əlaqələri kəsildi. Münaqişəyə kimi gəlib çıxan bu gərginliyik, çətinki bir daha əvvəl olduğu vəziyyətə qayıtsın"- deyə Medvedev qeyd edib.

Qeyd edək ki, artıq Rusiya diplomatiyası Türkiyə ilə turizm və bazar iqtisadiyyatı əlaqələrinin kəsilməsi haqqında da müzakirələr aparır.

Onların sözlərinə görə, əgər rus turistləri Türkiyəyə buraxılmasa, qarşı ölkənin iqtisadiyyatı hər il 3,5 milyard itkilər verəcək.