Teatr direktoruna ilginc İTTİHAMLAR: - "Otaqda bir sarısaç qadınla..."

gundem 25-11-2015, 15:30
Teatr direktoruna ilginc İTTİHAMLAR: - "Otaqda bir sarısaç qadınla..."






Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovla bağlı maraqlı müraciət daxil olub.

Müraciəti ünvanlayan Balakən Rayon Mədəniyyət və Turizm şöbəsinin mətbuat katibi Tahirə Sultan bildirir ki, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyyəsi ilə Gəncə teatrına gedərək geyimlər götürmək istəyiblər. Amma teatrda olarkən direktor Əli Qasımov onlara qarşı hörmətsizlik edib:

"Kitabi Dədə Qorqud"un elmə məlum olmağının 200 illiyi ilə bağlı cənab Prezidentin Sərəncamı var. Həmin Sərəncamdan irəli gələrək müxtəlif tədbirlər keçirilir. Biz də Balakən Rayon Mədəniyyət və Turizm şöbəsi olaraq, yazıçı Anarın ssenarisi əsasında tamaşa hazırlamışıq. Bunun üçün də bizə geyimlər lazımdır. Balakəndə teatr olmadığı üçün nazirliyin tövsiyyəsi ilə geyimləri Gəncə Dövlət Dram Teatrından almalıyıq. Gənc rejissorumuzla geyimləri almağa getdik. Birinci mərtəbədə gəlişimizin səbəbini soruşanda dedik ki, Balakən Rayon Mədəniyyət və Turizm şöbəsindənik, məqsədimiz də budur. Teatrın direktoru Əli Qasımova məlumat verdilər, yuxarı qalxdıq. Otaqda bir sarısaç qadınla oturmuşdu, qapının da böyrü açıq idi. O da əyilib həmin xanıma tərəf nəsə deyirdi. Birdən bizi gördü və əsəbi şəkildə dedi ki, qapını bəri elə. Yanımdakı gənc rejissor utandı və qapını örtdü. Yanındakı xanım çıxandan sonra qəbuluna girdik. İçəri girən kimi başladı jurnalistlərdən şikayətlənməyə. Dedi ki, saytlar haqqımızda olmayanları yazırlar. Bir aktrisamız Şəki Teatrının tamaşalarının birində rol alıb, yazırlar ki, Gəncədə ona rol verilmir. Əslində bu söhbətin bizə heç bir dəxli yoxdur. Geyim siyahısını direktora təqdim elədik və bu an otağa bir xanım daxil oldu. Soruşdu ki, çay gətirim? Əli Qasımov yenə əsəbi tonda cavab verdi ki, hələ lazım deyil. Birtəhər geyimləri aldıq. Çıxanda gənc rejissora dedim ki, sən bayırda gözlə, gəlirəm. Dedim sizin elədiyiniz şey tərbiyəsizlik və mədəniyyətsizlikdir. Biz bura dövlət tədbiri üçün geyimə görə gəlmişik. Dedim biz bura sizin qapınızı örtməyə gəlmişik? Elə davrandı ki, elə bil biz teatrın xadiməsi, qapıçısıyıq".

Xatırladaq ki, teatrın aparıcı aktrisası Kəmalə Məmmədovaya teatrda son bir ildə rol verilməməsi barədə xəbəri Ölkə.az yayılmışdı.
Oxunub: 566
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10