backend

Rusiya Türkiyənin düşməninə dəstəyini artırır

Rusiya Türkiyənin düşməninə dəstəyini artırır





Türkiyənin Rusiyaya məxsus qırıcını vurmasından sonra rəsmi Moskva PYD-yə dəstəyini artıracaq.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzeti yazıb.

“Suriyada İŞİD-ə qarşı beynəlxalq koalisiyanın qurulması məsələsi rus qırıcısının vurulmasından sonra daha da çətinləşdi. Rusiyanın Türkiyəyə verəcəyi ehtimal cavab Suriya kürdləri (PYD - red) ilə əlaqələri inkişaf etdirmək, onlara dəstəyini artırmaq ola bilər. Türkiyə ilə Rusiya arasındakı gərginlik Suriya böhranının həlli üçün keçirilən Vyana danışıqlarını da çətinləşdirəcək”, - qəzet qeyd edib.

Türkiyə PYD-ni PKK terror təşkilatının Suriya qanadı hesab edir.

Qeyd edək ki, Türkiyə ötən gün Rusiyaya məxsus Su-24 qırıcısını sərhədlərini pozduğuna görə vurub.