backend

Rusiya samboçuları Türkiyədə keçiriləcək Avropa Çempionatına qatılmayacaq

 Rusiya samboçuları Türkiyədə keçiriləcək Avropa Çempionatına qatılmayacaq


Rusiya samboçuları İstanbulda, dekabrın 4-dən 7-dək keçiriləcək Avropa Çempionatına qatılmayacaq.

APA-nın “Hürriyət”-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Sambo Federasiyasının prezidenti Maksim Borisov bildirib.

Onun sözlərinə görə, yaşanan son hadisələrlə əlaqədar Türkiyəyə getməmək qərarı verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Sambo Federasiyasının fəxri prezidentidir.