backend

Gürcüstan rəsmisi: “Türkiyə və Rusiya anlaşmasa, hamı ziyan çəkəcək”

Gürcüstan rəsmisi: “Türkiyə və Rusiya anlaşmasa, hamı ziyan çəkəcək”



Gürcüstan rəsmisi: “Türkiyə və Rusiya anlaşmasa, hamı ziyan çəkəcək”
Gürcüstan Türkiyə-Rusiya qarşıdurmasının inkişafının nəticələrindən narahatdır. Musavat.com-un məlumatına görə, bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

“Əgər Türkiyə və Rusiya anlaşmasa, hamı ziyan çəkə bilər” – deyib Abaşidze. Xüsusi nümayəndə ümid etdiyini bildirib ki, siyasətçilər ağıllı şəkildə situasiyanı normallaşdıracaq.
“Ciddi şəkildə hamı zərər görə, konfrontasiya regionda ciddi qarşıqlığa səbəb ola bilər” – qeyd edib diplomat. O, Gürcüstanın bu qarşıdurmanın elementlərini artıq öz üzərində hiss elədiyini söyləyib. “Söhbət Gürcüstan ərazisindən keçən Türkiyə yük maşınlarının Rusiyaya buraxılmamasından gedir. Əgər biz tranzit ölkəyiksə və bu funksiyada problem yaranıbsa, bu, artıq pisdir” - əlavə edib o.