backend

Türkiyə öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırdı

Türkiyə öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırdı



“Su-24” insidentindin sonra Türkiyə ilə Rusiya arasında sonuncunun günahı üzündən gərgin münasibətlər qalmaqda davam edir. Bu arada Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək, onları ikitərəfli münasibətlərdə böhran aradan qalxanadək Rusiyaya təcili olmayan səfərlərini təxirə salmağa çağırıb.

“İki ölkə arasındakı situasiya ilə əlaqədar noyabrın 24-dən etibarən Rusiya Federasiyasına səfər edən və ya orada yaşayan, işləyən vətəndaşlarımızın müəyyən problemləri müşahidə edilməkədəi. Bu situasiya yoluna qoyulana kimi məsləhət görürük ki, bizim vətəndaşlar Rusiyaya təcili xarakterli olmayan səfərlərini başqa vaxta keçirsinlər”, - deyə bəyanatda qeyd edilir.

Əlavə edək ki, Rusiya rəsmi səviyyədə etiraf eləməsə də, sadalanan problemlər artıq mövcuddur.