backend

"Rəhbərlikdən kimi isə almağı istəməyəcəm"

 "Rəhbərlikdən kimi isə almağı istəməyəcəm"


"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yanvar ayında forvard alacaqları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis transfer almağı düşünmədiyini bildirib: "Hazırda noyabrdı. Biz öz işimizi necə yaxşılaşdırmaq haqqında düşünürük. Biz nə futbolçular, nə transferlər, nə də başqa xərclər haqda fikirləşirik. Vardi, Keynlə bağlı şayiələr sentyabrın 1-dən başlayıb və getdikcə artır. Mən hansı futbolçuları almaq mümkün olduğunu yaxşı bilirəm. Rəhbərlikdən kimi isə almağı istəməyəcəm. Vəzifəm əlimdə olan futbolçularla nəticə verməkdi. Hər şey klubun istəyindən və müxtəlif faktorlardan asılıdı. Mən transfer bazarı ilə maraqlanmıram".