backend

Paris küçələrində etiraz aksiyası keçirilib

Paris küçələrində etiraz aksiyası keçirilib


Fransada bir qrup insan etiraz aksiyası keçirib.qaynarxett.az-un Musavat.com-a istinaden xəbər verir ki, Fransanın paytaxtı Parisdə etiraz etmək üçün küçələrə axışan nümayişçilərin bir qismi ilə polislər arasında qarşıdurma yaşanıb.

Məlumata əsasən, polis etirazçılara gözyaşardıcı qaz sıxıb. Respublika meydanında baş tutan aksiyada təxminən 100 nəfər saxlanılıb.

Nümayişçilər noyabrın 13-də Parisdə meydana gələn hücumların ardından toplaşma və aksiya keçirməyin qadağan olunmasına etiraz ediblər.