backend

Rusiya bu dəfə İsrail hava sərhəddini pozdu

Rusiya bu dəfə İsrail hava sərhəddini pozdu


Rusiyaya məxsus döyüş təyyarələri bu dəfə İsrail hava sərhəddini pozub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İsrail Müdafiə naziri Moşe Yaalon məlumat verib.

Nazir Rus təyyarəsinin İsrail hava sahəsini səhvən 1,5 kilometr qədər pozuntu etdiyini, xəbərdarlıqdan sonra təyyarə dərhal Suriya hava sahəsinə döndüyünü bildirib.

“Rus təyyarələrinin bizə qarşı hücum etmək niyyətləri yoxdur. Səhv edildiyində də avtomatik olaraq təyyarələri vurmağa ehtiyac yoxdur”-deyə nazir qeyd edib.