backend

Poroşenko Türkiyəyə gedəcək



Ukrayna prezidenti Pyotr Poroşenko gələn ilin 1-ci rübündə Türkiyəyə səfər edəcək. Musavat.com-un məlumatına görə, belə bir bəyanatı Poroşenko Parisdə prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra verib.

“Türkiyə prezidenti ilə çox maraqlı və predmetli danışığımız oldu. Görüş çox açıq oldu və bir saatdan artıq çəkdi. Biz hərəkət planlarımız, mənim gələn il baş tutacaq Türkiyəyə səfərimə hazırlıqla bağlı anlaşdıq. Biz bu səfərdən sıçrayış gözləyirik” – deyib Ukrayna lideri.

Poroşenko söhbətin iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı genişlənməsindən getdiyini söyləyib.

Az öncə Ukraynanın aqrar siyasət və ərzaq naziri Aleksey Pavlenko bəyan eləmişdi ki, ölkəsi Türkiyə bazarında əvəz etməyə hazırdır.Poroşenko Türkiyəyə gedəcək