backend

ABŞ İŞİD-ə qarşı mübarizəüçün İraqa xüsusi təyinatlıları göndərir

ABŞ İŞİD-ə qarşı mübarizəüçün İraqa xüsusi təyinatlıları göndərir



ABŞ-ın Müdafiə naziri Eşton Karter Birləşmiş Ştatların İslam Dövləti qrupunun yaraqlılarına qarşı mübarizəni intensivləşdirmək və onların sərhəddi keçərək Suriyada hücumlarına yol verməmək məqsədilə İraqa xüsusi təyinatlı qüvvələr göndərdiyini bildirib.
Konqresin Silahlı Qüvvələr Komitəsində ifadə verən Karter deyib ki, hərbçilərin İraq hərbi qüvvələri və kürd Peşmərqə qüvvələrinə İslam Dövləti qrupuna qarşı mübarizədə yardım edəcək. Onun sözlərinə görə, ABŞ-ın xüsusi təyinatlı qüvvələri ölkədə İraq hökuməti ilə əməkdaşlıq əsasında yerləşdirilir.