backend

Rusiya “Türk axını” və “Akkuyu” AES-in tikintisi layihələrini donduracaqmı?

Rusiya “Türk axını” və “Akkuyu” AES-in tikintisi layihələrini donduracaqmı?



Türkiyə ilə AES inşası və “Türk axını” kimi iri layihələr hökumətin qərarı əsasında dondurulmayacaq, bu layihələrin perspektivi məsələsi – şirkətlərin işidir. Musavat.com-un məlumatına görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
“İri layihələrə gəlincə, hələlik onların dondurulması, maliyyələşdirilməsinin dayandırılması haqda heç bir qərar verilməyib. Ona görə də biz ondan çıxış edirik ki, bu layihələr hökumətin son qərarına kimi hansı vəziyyətdə idisə, o cür də qalır” – qeyd edib nazir.