backend

Türkiyənin tanınmış aktyorunun Moskva səfəri təxirə salındı

Türkiyənin tanınmış aktyorunun Moskva səfəri təxirə salındı



Türkiyənin tanınmış aktyoru, "Möhtəşəm yüz il" serialında Sultan Süleyman obrazını ifa edən Halit Ergenc 2016-cı ilin yanvarında Moskvaya səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

2016-cı il, yanvarın 8-də Moskvada "Möhtəşəm yüz il" serialına həsr edilən sərgi açılmalıydı. Amma Rusiya və Türkiyə arasında baş verən son hadisələrdən sonra sərginin açılışı və aktyorların Moskvaya gəlişi təxirə salınıb.

Xatırladaq ki, bir müddət əvvəl Halit Ergenc Rusiya mətbuatına müsahibəsində bu ölkədə ilk dəfə gələcəyini deyərək, "Rusiyada filmə çəkilmək istəyərsinizmi?" sualına da, cavab olaraq "Dəvət gəlsə, çəkilərəm. Tarixi obraz olsa, lap gözəl olar. İvan Qroznı surətini kinoda canlandırmaq istəyərdim" deyə cavab vermişdi.

Qeyd edək ki, sərginin yanvarın 8-də keçirilməsi nəzərdə tutulmuşdu. Sərgidə "Möhtəşəm yüz il" serialının iki qəhrəmanı - Okan Yalabık və Selma Ergeç də iştirak etməliydi.

Sərgi təşkilatçıları təxirə salınan sərgidə "Möhtəşəm Yüz il" serialında aktyorların geyindiyi 145 kostyum, 560 bəzək əşyası və serial qəhrəmanlarının 12 mum fiquru nümayiş etdirməyi planlaşdırmışdılar.

Xatırladaq ki, "Möhtəşəm yüz il" serialı dünyanın 50 ölkəsində, o cümlədən Rusiyada nümayiş etdirilib.