backend

İtkin neftçi: “Ad günümü sahilə qayıdanda qeyd edərik”

İtkin neftçi: “Ad günümü sahilə qayıdanda qeyd edərik”





qaynarxett.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə öz Feysbuk hesabında Günəşli neft yatağında baş verən faciədə itkin düşənlərdən biri haqda yazdığı paylaşımda qeyd edib.

Deputat bildirib ki, dekabrın 4-də Günəşli yatağında 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərovdur:

“29 noyabr 1957-ci ildə Mingəçevirdə anadan olan İnqilab ixtisasca nəqliyyatçıdır, ancaq axırıncı 10 ili dənizdə işləyib. İki övladı var, qızına bu ilin aprelində, oğluna isə sentyabr ayında toy edib”.

Qeyd edək ki, İnqilabın 10 gün əvvəl ad günü olub, o doğum gününü dənizdə keçirib. Ona təbrik üçün zəng edənlərə "Ad günümü sahilə qayıdanda qeyd edərik", - deyib.

Millət vəkili itkin neftçinin anasının ürək dağlayan, lakin ümid dolu sözünü də qeyd edib: "O, mütləq gələcək".