backend

İtkin düşən neftçilərlə bağlı aksiya

İtkin düşən neftçilərlə bağlı aksiya

Dekabrın 4-də «Günəşli» neft yatağının 10-cu platformasında baş vermiş dəhşətli yanğından sonra oradakı işçilərin yarısı xilas edilsə də, onların 29 nəfərindən hələ də xəbər yoxdur. JAM.AZ bildirir ki, SOKAR, Sərhəd Qoşunları və FHn-in birgə axtarışları davam etsə də, hələlik nəticə yoxdur.

Bildirək ki, həlak olan neftçiləri anmaq məqsədi ilə aksiya təyin olunub. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, bu günə təyin edilmiş aksiyanın təşkilatçısı «Azərbaycan» səhifəsidir.

Səhifədə bu gün səhər hamının bir ədəd qərənfil gülü alaraq, Bakı Bulvarına gəlib, onu suya atmaları üçün çağırış edilib. Aksiyanın məqsədinin itkin düşmüş neftçilərin unudulmaması və xatirələrinin yad edilməsi olduğu vurğulanır.