backend

“Türkiyə məni deyil, Qorbaçovu seçdi...” – Video

“Türkiyə məni deyil, Qorbaçovu seçdi...” – Video


Bu sözləri Obyektiv TV-yə müsahibəsində mərhum politoloq Vəfa Quluzadə söyləmişdi. Müsahibə zamanı müstəqillik dövründə gərgin işgüzar həyatından bəsh edən ziyalı o dövr Azərbaycanın siyasi həyatında cərəyan edən bir çox hadisələrdən söz açmışdı. Həmin ərəfədə Türkiyədən Sovet İttifaqının Azərbaycan əleyhinə işğalı məqsədilə kömək istəyən politoloq Ankaranın ondan üz döndərməsini təəssüflə qeyd etmiş, eyni zamanda, Qarabağla bağlı bir çox siyasi sirlərin üstünü də məhz həmin söhbət zamanı açmışdı.

Xatırladaq ki, Vəfa Quluzadə 1940-cı il dekabr 21-də Bakıda anadan olub. O, Azərbaycanın məhşur şairəsi Mirvarid Dilbazinin bacısı oğludur. V.Quluzadə 1 may 2015-ci ildə dünyasını dəyişib.

qaynarxett.az Azərbaycanın tanınmış ictimai-siyasi xadiminin doğum günü ərəfəsində tariximiz üçün önəmli olan açıqlamarının təqdimatı sırasında bu müsahibəni oxuculara təqdim edir: