backend

Xüsusi qərargah: "Günəşli"də hasilat dayandırılır

Xüsusi qərargah: "Günəşli"də hasilat dayandırılır





Trend-in məlumatına görə, bu barədə Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan xüsusi qərargahda bu gün keçirilən brifinqdə yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

B.Ağarəhimov bildirib ki, təəssüflər olsun ki, axtarışlar bir nəticə verməyib.

O qeyd edib ki, hava şəraitinin pis keçməsi ilə əlaqədar sualtı axtarış işləri dayandırılıb: “Hazırda küləyin sürəti 18-23 metrə çatır. Bu şəraitdə sualtı axtarışlar təhlükəlidir”.

B.Ağarəhimov deyib ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir: “Yanğının söndürülməsinə 5 gəmi cəlb olunub”.

Baş mühəndis əlavə edib ki, yanğının qarşısını almaq məqsədilə "Günəşli" yatağında 10-cu özüldə hasilatın tamamilə dayandırılması planlaşdırılır.