backend

ÇXR sədri Si Cinpin: "Azərbaycan Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya bilər"

ÇXR sədri Si Cinpin: "Azərbaycan Çin ilə Avropa arasında mühüm tranzit rolu oynaya bilər"





“Azərbaycan Çinlə əlaqələri genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyir.

İpək Yolu iqtisadi zolağının yaradılması barədə təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk”.

APA-nın məlumatına görə, bu sözləri dekabrın 10-da Pekində rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpin ilə geniş tərkibdə görüşü zamanı çıxışında deyib.