backend

PKK Rusiya ilə birləşir: Türkiyə üçün “ölüm planı”

PKK Rusiya ilə birləşir: Türkiyə üçün “ölüm planı”

PKK Türkiyə ilə Rusiya arasında yaranmış təyyarə qalmaqalını fürsətə çevirmək üçün hərəkətə keçib.

qaynarxett.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, terror təşkilatının idarə heyətinin üzvləri Murad Qarayılan, Duran Qalxan və Cəmil Bayık Qəndildə toplaşaraq, Rusiya ilə ittifaq qurulması barədə qərar qəbul edib.

Kəşfiyyat orqanlarının məlumatına görə, görüş dekabrın 1-də baş tutub. Görüş zamanı bu qərarlar qəbul edilib:

- PKK-ya yaxın mediada Rusiya ilə Türkiyəni müharibəyə təhrik edəcək materiallar yayımlanacaq;

- Türkiyə ilə Rusiya arasında müharibə başlayarsa, Moskvaya dəstək veriləcək. Türkiyədə qarşıdurmalar artırılacaq, yeni cəbhə açılacaq və nəticədə hökumət PKK-nın tələblərini qəbul edəcək;

- Türkiyənin İŞİD-ə dəstək verdiyi barədə iddialar gündəmdə saxlanılacaq;

- PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı olan YPG-nin adından Rusiyadan yerdən hava hədəflərini vura biləcək silahlar və tank əleyhinə mina istəniləcək;

Qeyd edək ki, analitiklər Rusiyanın bu gərgin dövrdə PKK-ya daha çox silah verə biləcəyini bildirirlər.