backend

Gəncədə ev yandı – Xəsarət alan var

Gəncədə ev yandı – Xəsarət alan var


Gəncə şəhərinin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı yaşayış evinin mətbəxinin yanar konstruksiyaları və əşyaları 15 kv.m, evə bitişik talvarın yanar konstruksiyaları 20 kv.m və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən qaynarxett.az-a verilən məlumata görə, yanğın zamanı evdə yaşayan 1 nəfər əl və ayaq nahiyəsindən yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.