backend

Bakıda zəncirvari qəza - Yaralılar var

Bakıda zəncirvari qəza - Yaralılar var




Bu gün saat 18:30 radələrində Bakının beynəlxalq hava limanına gedən yolda zəncirvari qəza baş verib.

ANS-in məlumatına görə, hadisə Heydər Əliyev prospektindən hava limanı istiqamətinə dönən hissədə qeydə alınıb. Qəza hava limanı istiqamətində hərəkət edən "Şevrolet", "Nissan", "Opel" və "Fiat Dobla" markalı 4 avtomobilin toqquşması nəticəsində törədilib.

Avtomobildə olan sərnişinlərdən 2 nəfərinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdiriliblər. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, baş vermiş qəza ilə bağlı Heydər Əliyev prospekintindən hava limanı istiqamətinə də olan yolda tıxac yaranıb