backend

“Peyğəmbərin gəlini” adı ilə Azərbaycana gələn xanım kim olub?

“Peyğəmbərin gəlini” adı ilə Azərbaycana gələn xanım kim olub?

Təxminən 1993-cü ilin aprelində Türkiyənin mərhum prezidenti Turqut Özalın səfərindən az sonra Azərbaycana “Peyğəmbərin gəlini” adı altında bir gözəl xanım təşrif buyurub. BDU-nun o vaxtkı rektoru Firudin Səməndərov universitetin alim və müəllimlərini həmin xanımla akt zalında görüşə toplayıb.

“Peyğəmbərin gəlini” ingilis, fars və ərəb dillərində çıxışlar edib. Onun çıxışları tərcümə edilərək zaldakıların nəzərinə çatdırılıb. Bəs həmin xanım kim olub və Azərbaycana hansı məqsədlə göndərilib? Onun çıxışına hansı alim etiraz edib?


“Peyğəmbərin gəlini”nin Azərbaycana gəlişi haqqında məlumatı hafta.az -in əməkdaşına İslamşünaslığın Tədqiqi və Tədrisi Elmi Mərkəzinin rəhbəri, BDU-nun İlahiyyat fakültəsinin professoru Əsədulla Qurbanov verib. İslamşünas professorla Azərbaycanda mövcud dini durum, “İŞİD” təhlükəsi, Nardaran olayları, dini ekstremizimə qarşı profilaktik tədbirlərin vacibliyi və s. mövzular ətrafında geniş müsahibəsini “Həftə içi” nin növbəti saylarında oxuya bilərsiniz.