backend

“Xalq ayağa qalxsa, hakimiyyət yenə qan tökəcəkdi” – Avetik İşxanyan

“Xalq ayağa qalxsa, hakimiyyət yenə qan tökəcəkdi” – Avetik İşxanyan

“Sarkisyanın qəbul etdirdiyi konstitusiyaya etirazlar ümumxalq mitinqinə çevrilsə, ya ikinci 27 oktyabr, ya da mart hadisələri təkrarlana bilərdi”.

QaynarXett.İnfo-nun aravot.am-a istinadən verdiyi xəbərə görə, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan deyib. İşxanyan bildirib ki, Sarkisyanın bu konstitusiya qanunu qəbul etdirməsi onun arxasındakı güclərdən xəbər verir:

“İndiki konstitusiya Rusiyanın ana qanununun təkrarıdır. Serj özünü Putinə oxşatmağa çalışır. İndi bizdə sadə məktəbli də bilir ki, hazırkı hakimiyyətin arxasında Kreml iqtidarı dayanır. Əminəm ki, xalq ayağa qalxsa, hakimiyyət yenə qan tökəcəkdi. Ya parlamentdə, ya da Azadlıq meydanında vətəndaş qırğını təkrarlanacaqdı. Çünki Serjin israr və qətiyyətinin arxasında Rusiya dayanıb. Bu məsələ hələ ötən ilin fevralında Moskvada Putin və Lavrovla razılaşdırılmışdı”.

Qeyd edək ki, işğalçı ölkə hakimiyyəti ötən həftə saxta seçkilərlə konstitusiya islahatları keçirib və ali məclis seçkinin “baş tutduğu”nu elan edib.