backend

Bu gün Rauf Mirqədirov son sözünü deyəcək - Jurnalist azadlığa buraxıla bilərmi?

Bu gün Rauf Mirqədirov son sözünü deyəcək - Jurnalist azadlığa buraxıla bilərmi?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun növbəti məhkəməsi keçiriləcək. Prosesin artıq sona yaxınlaşdığı bildirilir.

Hafta.az-ın verdiyi xəbərə görə, bugünkü məhkəmədə prokurorun jurnalistə iş istəyəcəyi və müdafiə tərəfinin çıxış edəcəyi gözlənilir. Bir sıra ekspertlərin sözlərinə görə, Rauf Mirqədirovun yaxın vaxtlarda azadlığa buraxılma ehtimalı var. Jurnalistin həbs olunmasını Milli Təhlükəsizlik Nazirliyi həyata keçirib. Nazirliyin ətrafından baş verən son hadisələrdən sonra qurumun həbs etdiyi bir sıra ictimai xadimlərin azadlığa çıxacağı haqda məlumatlar yayıldı. Nəticədə Leyla və Arif Yunuslar məhkəmə zalında şərti cəza alaraq sərbəst buraxıldı.