backend

Argentinada polis avtobusu körpüdən aşıb: 41 ölü

Argentinada polis avtobusu körpüdən aşıb: 41 ölü

Argentinanın şimalında yerləşən Salta bölgəsində yer alan Rosario de la Frontera şəhərində polisləri daşıyan avtobus 15 metrlik körpüdən aşıb.

AzerinForm.Az AFP-yə istinadən xəbər verir ki, qəza nəticəsində 41 nəfər həyatını itirib, onlarla yaralı var.

İlkin məlumatlara görə, qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Şəhərin bələdiyyə sədri Qustavo Solis qəzaya uğramış avtobusun altında poislərin qaldığını və ölü sayının arta biləcəyini bildirib.

Q.Solis qəza baş verən yolun vəziyyətinin pis olduğunu bildirərək, "bu ərazini tanıyanlar gecə bu yoldan istifadə etmir" - deyə qeyd edib.