backend

Rusiya Suriyada müxalifləri vurdu: 71 ölü

Rusiya Suriyada müxalifləri vurdu: 71 ölü

Rusiya Federasiyası Hava Qüvvətləri tərəfindən dekabrın 13-də günorta saatlarında Dəməşq yaxınlığında müxaliflərin rəhbərliyi altında olan Duma, Ərbin və digər bölgələrə hava hücumları təşkil edilib.

Duma mahalının mərkəzindəki bazar meydanını hədəf alan hücumda 55 nəfərin öldüyü, 120-ə yaxın insanın isə yaralandığı bildirilib.

Ümumilikdə isə rusların təşkil etdiyi hava hücumları nəticəsində 71 nəfər həyatını itirib.