backend

Saatlıda təbii qazın verilişi təmin olunub

Saatlıda təbii qazın verilişi təmin olunub


Bu gün səhər saatlarında bəzi KİV-lərdə, xüsusən Azadliq.info saytında Saatlı rayonunun Yeni Novruzlu kəndində təbii qazın verilməsinə problemlərin olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gəlib

Rayon İcra Hakimiyyətindən Dovruntelebi.com-a bildirilib ki, Saatlı-Sabirabad avtomobil yolunun sakinlər tərəfindən bağlanması, bununla bağlı həmin mətbu orqanlarda yazılan məlumatlar əsassız və uydurmadır. Yazı da göstərilən şəkil isə həmin magistral yol yox kənd daxili yoldur ki, burda da səhər saatlarında kollektorda yaranmış nasazlıq səbəbindən qazın verilməsində yarım saatlıq fasilə yaranıb. Amma, bu fasilə dediyimiz vaxt müddətində həll olunub və kəndə təbii qazın verilməsi bərpa olunub. Belə ki, bundan istifadə edən bəzi qərəzli və müxalif yönlü şəxslər, xüsusən Musavat partiyasının Sabirabad rayon təşkilatının sədr müavini Xanağlan Ağayev belə məlumatlar yaymaq və əhali arasında təxribat yaratmaqla məşğuldurlar.