backend

Özünü binadan atan hamilə qadından XƏBƏR

Özünü binadan atan hamilə qadından XƏBƏR

Bir neçə gün əvvəl intihara cəhd göstərərək özünü 4-cü mərtəbədən atmış 18 yaşlı Xatirə Aşirova Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub.

Bu barədə QaynarXettt.Info-ya onun qohumları bildiriblər.

Yaxınlarının sözlərinə görə, hazırda müalicəsi davam etdirilən qadının intihara cəhd göstərərkən aldığı zərbədən qabırğası ciyərini zədələyib və ayaqları sınıb. Bir dəfə əməliyyat olunmuş qadın yenidən əməliyyat ediləcək.

Əldə etdiyimiz digər məlumata görə, cütlüyün toyu sentyabrda olub. Xatirə Aşirova 4 aylıq hamilə imiş. Hadisədən sonra o, uşağını itirib.

Qeyd edək ki, paytaxtın Xətai rayon sakini, 18 yaşlı Xatirə Aşirova dekabrın 10-da, axşam saat 21:00 radələrində özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.