backend

“Ürəyimcə olan təklif almamışam”

“Ürəyimcə olan təklif almamışam”


Artıq baş rolda çıxış etmək istəyirəm.

Bu sözləri qaynarxett.az- a aparıcı-aktrisa Kəmalə Piriyeva arzuladığı rolda oynamaq haqda danışarkən deyib.

“İndiyə kimi seriallarda, filmlərdə çox maraqlı rollarda oynamışam. Amma hamısı köməkçi rollar olub. Artıq istərdim, baş rolda çəkilim, təkliflər çoxdur. Hələ ki, ürəyimcə olan bir təklif almamışam. İstədiyim kimi bir rol təklif olunsa, əlbəttə, qəbul edəcəyəm. Amma onu da deyim ki, daha çox dramda rol almaq istəyirəm”, - aktrisa deyib.