backend

Videolar həqiqətə uyğun deyil - MN

Videolar həqiqətə uyğun deyil - MN

Ermənistan kütləvi informasiya vasitələrinin təxribat məqsədilə cəbhədə guya iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatların və videogörüntülərin də heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.

Bu barədə Report-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Cəbhə xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir”, - nazirlikdən bildirilib.