backend

​Rusiya təyyarələrinin bombardmanı nəticəsində 9 dinc sakin həyatını itirib

​Rusiya təyyarələrinin bombardmanı nəticəsində 9 dinc sakin həyatını itirib



Gecə saatlarında Rusiya döyüş təyyarələrinin Suriyanın Əziz rayonunun Hareten və Azaden kəndlərini bombalaması nəticəsində 9 dinc sakin həyatını itirib, 24 nəfər isə yaralanıb.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 8 ağır yaralı müalicə olunmaq üçün Türkiyəyə aparılıb.

Digər yaralılar isə müxalifətin nəzarəti altında olan bölgələrdəki xəstəxanalara yerləşdirilib.