backend

Prezdentimizlə uğurlu gələcəyə doğru!

Prezdentimizlə uğurlu gələcəyə doğru!

Sürətlə inkişaf edən, dünyanın önəmli ölkələrindən birinə çevrilən Azərbaycanın qazandığı hər bir uğur cənab İlham Əliyevin konkret hədəflərə hesablanan siyasətinin nəticəsidir. Prezidentin hakimiyyətə gəlişindən lter Azərbaycanda bütün istiqamətlər üzrə genişmiqyaslı uğurlar əldə edilməyə başlandı. Cənab İlham Əliyev regionda cərəyan edən çox həssas və gərgin siyasi proseslərin fonunda balanslı, yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət yürütməklə ölkəmizin dünyadakı nüfuzunu yüksəltdi, gələcək uğurlar üçün siyasi və iqtisadi platforma formalaşdırdı. Bu gün Azərbaycan gəncliyi cənab Prezidenti özünün ən böyük himayədarı hesab edir. Prezident davamlı olaraq gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını, onların ltern rifah halının yüksəldilməsini təmin etmək üçün konkret addımlar atır.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və ölkə başçısı tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə bağlı və dünyada gedən rəqabət prosesinə tab gətirəcək səviyyədə lternative bir qüvvə kimi görmək istəyi dayanır. Tam məsuliyyətlə demək olar ki, bu siyasət hər ötən gün daha çox öz məqsədinə çatır. Lakin çox təəssüf ki, ölkəmizdəki bəzi ifrat radikal dairələr müəyyən gənclər qruplarından siyasi kamikadze kimi istifadə edirlər. Ancaq unudurlar ki, gəncləri öz çirkin əməllərinə alət edənlər tarix qarşısında cavab verəcəklər.

Geniş dünyagörüşə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Prezident İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.
Sabah Prezident İlham Əliyevin Ad Gunudur. Yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olan Prezidentmizi Tebrik edirik. Inanırıq ki O, bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. Bilirik ki, Azərbaycanın uğurlu gələcəyi məhz İlham Əliyevin adı ilə bağlıdır.

Agmir Agamirov,
“YeniGələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini,
YAP Nərimanov rayon Gənclər təşkilatının idarə heyətinin üzvü.