backend

Jurnalisti küçənin ortasında BAŞINDAN GÜLLƏLƏDİLƏR

Jurnalisti küçənin ortasında BAŞINDAN GÜLLƏLƏDİLƏR



İŞİD terror təşkilatı haqqında sənədli film hazırlayan 37 yaşlı suriyalı jurnalist Naji El Jerf Qaziantepdə küçənin ortasına tabança ilə başından vurularaq öldürülüb.

Hafta.az cnnturk-ə istinadən bildirir ki, həmin jurnalist ölkəsindəki təhlükədən qaçaraq Türkiyəyə sığınıb. O, Suriyada yayılan "Alhita" adlı jurnalı Türkiyədə nəşr etdirməyə davam edirmiş. Mərhum jurnalist İŞİD terror təşkilatı ilə bağlı uzun müddətdir ki, araşdırmalar aparır. Və buna görə də dəfələrlə həmin təşkilatdan təhdid olunub. Lakin buna baxmayaraq cəsarətli jurnalist öz tutduğu yoldan geri dönməyib.

Naji El Jerfi küçə ortasında güllələyən şəxsin kimliyi hələ bəlli deyil. O, hadisə yerində ağır yaralanıb və güllə səsini eşidən insanlar təcili yardım çağırıblar. Lakin onu xilas etmək mümkün olmayıb.

Türkiyə polisi bu cinayətin açılması üçün araşdırmaları davam etdirir.



Jurnalisti küçənin ortasında BAŞINDAN GÜLLƏLƏDİLƏR