backend

Ucarın mərkəzi bazarında yanğın baş verib

Ucarın mərkəzi bazarında yanğın baş verib


Bu gün axşam saat 21:30 radələrində Ucar rayonunun mərkəzi bazarında yanğın baş verib.

"Report" xəbər verir ki, alov qısa müddət ərzində geniş ərazini əhatə edib. Hadisə yerinə Ucar Dövlət Yanğından Mühafizə Xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda yanğın nisbətən məhdudlaşdırılıb. Ətrafda olan evlər yanğından mühafizə olunub. Hadisəyə ilkin səbəb kimi elektrik naqillərində baş verən qısa qapanma göstərilir.

Faktla bağlı araşdırma aparılır.