backend

Səudiyyə Ərəbistanı gələn ilin büdcəsində neftin qiymətini 29 dollardan götürüb

Səudiyyə Ərəbistanı gələn ilin büdcəsində neftin qiymətini 29 dollardan götürüb




Səudiyyə Ərəbistanının 2016-cı il üçün dövlət büdcəsi təxminən 87 mlrd. dollarlıq kəsirlə icra olunacaq.

“APA-Economics” Bloomberg agentliyinə istinadən xəbər verir ki, gələn il Səudiyyə Ərəbistanının ümumi gəlirləri 137 mlrd. dollar təşkil edəcək ki, bu da 2014-cü ildəkindən təxminən 25 mlrd. dollar azdır.

Bu il Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsirinin 98 mlrd. dollar olacağı gözlənilir.

Səudiyya Ərəbistanı krallığı neftin yenidən ucuzlaşacağı təqdirdə ölkə üçün əhəmiyyətli layihələrin maliyyələşdirilməsi üçün qabaqcadan xüsusi fonda 49 mlrd. dollar ayırıb.

Maliyyə Nazirliyinin bəyanatında qeyd olunub ki, gələn ilin dövlət büdcəsi neftin ən aşağı qiyməti ehtimalı nəzərə alınmaqla tərtib olunub. “Bloomberg”in qeydində bildirilir ki, büdcə tərtib olunarkən neftin bir bareli 29 dollardan hesablanıb.