backend

Hökumət antiböhran tədbirlərini açıqlayacaq

Hökumət antiböhran tədbirlərini açıqlayacaq




Azərbaycan hökuməti son dövrdə yaranmış çətin iqtisadi vəziyyətdən çıxmaqla bağlı tədbirlər planı hazırlayıb və yaxın vaxtlarda bu açıqlanacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

O.Əsədov qeyd edib ki, Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək.

O.Əsədov bankların kreditlə bağlı probleminə də toxunub. O bildirib ki, bu məsələ elə götür-qoy ediləcək ki, planlı şəkildə olsun.