backend

"Brent" markalı neftin qiyməti artıb

"Brent" markalı neftin qiyməti artıb



ABŞ-da xam neftin azalacağı proqnozları səbəbindən "Brent" markalı neftin qiyməti 3%-dək bahalaşıb. “Report” xəbər verir ki, bu barədə Ria Novosti məlumat verib.

"Brent" markalı neftin fevral fyuçerslərinin dəyəri 2,88% qalxaraq bir barel üçün 37,68 dollar təşkil edib. WTI markalı neftin fevral fyuçerslərinin qiyməti isə 2,55% artaraq bir barel üçün 37,75 dollar olub.

Sərmayədarlar çərşənbə günü ABŞ-ın neft ehtiyyatlarının göstəricilərinin dərc olunmasını gözləyirlər. Proqnozlara əsasən 25 dekabrda bitən həftə üçün kommersiya məqsədi daşıyan neft ehtiyyatları 2,48 milyon barel azalaraq 482,32 milyon barel təşkil edib.

Ölkənin enerji nazirliyi əvvəllər qeyd etmişdi ki, kommersiya məqsədi daşıyan neft ehtiyyatları ötən həftə 5,9 milyon barrel azalaraq 484,8 milyon barrel təşkil edib.