İcra başçısı Əziz Əzizovun müavininin ailə üzvüləri həkimləri döydü- Cəlilabadda

gundem 31-12-2015, 02:50
İcra başçısı Əziz Əzizovun müavininin ailə üzvüləri həkimləri döydü- Cəlilabadda


Cəlilabadda çağırışa gedən təcili yardım işçiləri döyülüb. Hadisə rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib. Belə ki, çağırış yerinə ezam olunmuş həkimlər sözügedən ünvana çatdıqda ev sahibləri həkim Ruslan Sadıqova yumruq zərbələri endirərək onu döyməyə başlayıblar.

Həkimlərin sözlərinə görə, onlar çağırış yerinə 3 dəqiqə ərzində çatıblar. Lakin ev sahibi xəstənin dünyasını dəyişdiyini əsas gətirərək onlara qarşı güc tətbiq edib.

Məlumata görə, dünyasını dəyişən xəstə Cəlilabad rayon icra başçısının birinci müavini, Dövlət qulluğu müşaviri Vidadi Dövlətovun anası olub. Həkimləri döyənlər də V.Dövlətovun qardaşları və digər ailə üzvləri olub. Hadisə yerində olan V.Dövlətovun özü isə “bunların başını kəsmək lazımdır” – deyə təcili yardım işçilərini təhdid edib.

Cəlilabadda baş verən digər hadisə zamanı bir qurup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr endiriblər. Hər iki hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdıma aparılır.
Oxunub: 675
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10