İlin ən yaxşı gənc futbolçusu bəlli olub

gundem 31-12-2015, 03:24
İlin ən yaxşı gənc futbolçusu bəlli olub


Avropada ilin ən yaxşı gənc futbolçusunun kimliyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, UEFA-nın tvitter hesabında keçirilən səsvermədə “Bayer Leverkuzen”in və Türkiyə milli komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu qalib gəlib.

Sorğuda iştirak etmiş izləyicilərin 58%-nin səsini qazanmış 21 yaşlı futbolçu hamını qabaqlayıb.

Sonrakı pillədə isə "Barselona"nın üzvü Serji Roberto qərarlaşıb. Serji 19 faiz səs toplayıb.

Səslərin 17 faizinə yiyələnmiş "Yuventus"un üzvü Kinqsli Koman 3-cü, Leroy Sane (Şalke) isə 6 faiz səslə 4-cü olub.

Qeyd edək ki, bu mövsüm ümumilikdə 27 oyunda meydana çıxan Çalhanoğlu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxunub: 647
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10