backend

Qırğızıstanın yeni ombudsmanı seçilib

Qırğızıstanın yeni ombudsmanı seçilib


Dekabrın 30-da Qırğızıstan parlamenti-Joqorku Keneşdə insan hüquqları üzrə müvəkkilin - ombudsmanın seçilməsi ilə bağlı xüsusi iclas keçirilib.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, gizli səsvermə nəticəsində İctimai Televiziya və Radio Verilişləri Korporasiyasının keçmiş baş direktoru Kubat Otorbaev Qırğızıstanın ombudsmanı seçilib.

Ölkə qanunlarına görə, yeni ombudsman deputatlar qarşısında and içib.