backend

Nyu-Yorkda terror aktının üstü açılıb

Nyu-Yorkda terror aktının üstü açılıb



ABŞ-ın Ədliyyə Nazirliyi Yeni il günü Nyu-York ştatında Federal Tədqiqat Bürosunun (FTB –FBR) terror törətməkdə şübhəli saydığı şəxsin həbsi barədə məlumat yayıb. Musavat.com-un məlumatına görə, Emmanul Latçmen bu aktı İŞİD-ə dəstək aksiyası kimi həyata keçirməyi planlaşırırmış.

“O, Yeni il ərəfəsi terror təşkilatının bayrağı altında günahsız insanları öldürməyi hədəf seçibmiş. Xoşbəxtlikdən hüquq-mühafizə orqanları müdaxilə edə və Latçmenin ölümcül planlarına mane ola bilib”, - deyə baş prokurorun köməkçisi Con Karlin qeyd edib.

İŞİD simpatizanına qarşı artıq ittiham irəli sürülüb. Onun özü isə bildirib ki, İŞİD üzvündən göstəriş alıb və Roçesterdə bar və ya restorana hücum, sonra isə Suriyaya getməyi planlaşdırırmış. İndi onu 20 illik həbs və 250 min dollarlıq cərimə gözləyir.