backend

İstanbulda qar təmizləyən işçiləri maşın vurdu: 3 ölü

İstanbulda qar təmizləyən işçiləri maşın vurdu: 3 ölü



Türkiyədə avtomobil qar təmizləyən işçiləri vurub.

Musavat.com-un məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb. İstanbulda yağan qar daha da güclənib. Nəticədə yolları qardan təmizləmək üçün yol idarəsindən işçilər cəlb olunub. Yoldan keçən bir avtomobilın sürücüsü sürüşkən yolda sükana nəzarəti itirib və maşın qar kürəyən işçiləri vurub.

Faciəvi qəzada 3 işçi ölüb, sürücü isə yaralanıb. Ərazidə tıxac yaranıb.