backend

Qar dörd kəndi işıqsız qoydu

Qar dörd kəndi işıqsız qoydu



İlk qar Ucarda fəsadlar törədib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən axşamdan yağmağa başlayan qar nəticəsində rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Yeni ilin ilk günündən də rayonun Qarabörk, Qazyan, Lək və Xalac kəndlərində gecə saatlarından etibarən enerjinin verilişi dayandırılıb.

Ucar Elektrik şəbəkəsindən APA-ya verilən məlumata görə, elektrik naqillərində baş vermiş qəza səbəbindən rayonun 4 kəndinə enerjinin verilişində fasilə yaranıb.

Buna səbəb isə naqillərinin və dirəklərinin istismar müddətini başa vurmasıdır.

Hazırda əraziyə təmir briqadası cəlb olunub.

Yaxın saatlarda enerjinin verilişi bərpa ediləcək.