“Muarem Azərbaycan klubu ilə anlaşdı”

gundem 2-01-2016, 20:13
“Muarem Azərbaycan klubu ilə anlaşdı”



““Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin “Malatyaspor”a keçidi baş tutmayıb”.

Apasport.az-ın məlumatına görə, bunu Malatya klubunun idman direktoru Ali Ravcı deyib.

Ötən yayda keçdiyi “Əskişəhərspor”da çox qalmayan makedoniyalı yarımmüdafiəçi ilk dövrə başa çatmamış Superliqa klubu ilə yollarını ayırmışdı. Adı yenidən “Qarabağ”la birgə hallanan 27 yaşlı oyunçu PTT I liqa təmsilçisi “Malatyaspor”la anlaşmışdı.

Lakin Ali Ravcı bu keçidin baş tutmayacağını söyləyib. O, bunun səbəbini də bildirib: “Muaremlə danışıqlarımız bir müddət idi ki, davam edirdi. Lakin keçid gerçəkləşmədi. Çünki bu futbolçu Azərbaycan klublarından biri ilə anlaşdı”.

Muaremin anlaşdığı komandanın “Qarabağ” olması istisna deyil. Çünki Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da makedoniyalının dönməsinin əleyhinə olmadığını bildirmişdi.

Qeyd edək ki, Muarem Muarem 2012-2015-ci illərdə formasını geyindiyi “Qarabağ”ı cari mövsümün əvvəlində “Əskişəhərspor”a dəyişmişdi.
Oxunub: 567
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10