backend

Yağan qar Masazırı da işıqsız qoydu

Yağan qar Masazırı da işıqsız qoydu


Abşeron rayonu Masazır qəsəbəsi işıqsız qalıb.

Bu haqda musavat.com saytına qəsəbə sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, dünən gecədən işıqlar sönüb: "Onsuz da Masazırın işıqları tez-tez sönür. Ödənişi vaxtı-vaxtında edirik. Lakin dəyişən bir şey yoxdur. Ürəkləri istəyən vaxt işıqları söndürürlər. İndi də qarın yağması bunlara lap bəhanə olub. Dünən gecədən işıqsız qalmışıq. Evdə camaat soyuqdan birtəhər olub. Körpəsi, yaşlısı, xəstəsi olan ailələr var. Onları düşünən yoxdur?"

Sakinlərin dediklərinə görə, bu hal ilk dəfə deyil: "Hava bir az dəyişən kimi işıqlar sönür. Ya bunlar "yedikləri" pulları bu formada bərpa edirlər, ya da elektrik naqilləri köhnədir. Xırda hava dəyişikliyinə, yağışa, qara dözmür".