backend

İraq rəsmisi: “Şiə imamının edam edilməsi məzhəb qarşıdurması yaratmağa hesablanıb...”

İraq rəsmisi: “Şiə imamının edam edilməsi məzhəb qarşıdurması yaratmağa hesablanıb...”


Səudiyyə Ərəbistanında edam edilən ölkə şiələrinin lideri Nimr ən-Nimranın edam edilməsi şiə-sünni konfliktini qızışdırmağa yönəlib və regionda kritik situasiya yaradacaq. Musavat.com-un məlumatına görə, bu barədə İraqdakı hakim şiə koalisiyasının nümayəndəsi Mühəmməd əl-Sayxud bildirib.

“Səudiyyə Ərəbistanı tərəfindən atılan bu addımlar regionda böhranlı vəziyyət yaratmağa, sünni və şiələr arasında konflikt yaratmağa xidmət edir” – deyib o.

Az öncə KİV-lər Səudiyyə Ərəbistanında terrorizmdə və ekstremizmdə suçlanan 47 məhkumun edam edildiyi xəbəri yayılmışdı. Onların arasında şiə imamı Nimr ən-Nimr də var.